Menyu

"Erzurumspor" qanalı yarımmüdafiəçi transfer etdi

Operativ Media
"Erzurumspor" qanalı yarımmüdafiəçi transfer etdi
1 dəq oxu

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi “Erzurumspor” daha bir oyunçunu heyətinə qatıb.

Operativ Media xəbər verir ki, Türkiyə klubu Fransa “Oser”inin yarımmüdafiəçisi Elişa Ovusunu transfer edib.

Superliqa təmsilçisi qanalı orta sahə oyunçusu ilə gücləndiyini açıqlayıb. 28 yaşlı futbolçu “mavi-ağlar”la 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Nəriman Axundzadə bu yay ABŞ-nin “Kolambus Kryu” klubundan “Erzurumspor”a icarəyə verilib.

Əlaqəli Xəbərlər