Menyu

Samuel Eto İnfantinoya dəstək verdi

Operativ Media
Samuel Eto İnfantinoya dəstək verdi

Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto’O FİFA rəhbəri Canni İnfantinoya dəstək verib.

Operativ Media xəbər verir ki, o, Canni İnfantinonun ünvanına səsləndirilən tənqidlərin qarşıdan gələn seçki kampaniyası ilə bağlı olduğunu bildirib.

​"Mən düşünmürəm ki, prezident Canni İnfantino nəsə səhv bir şey edib. Hesab edirəm ki, bütün bu situasiya Canni İnfantinonun namizədliyini irəli sürdüyü qarşıdakı seçkilərlə əlaqədardır. Bütün bunlar yaxınlaşan seçkilərə görə baş verir – məsələ bundadır. Prezident Canni İnfantino futbolu dəyişdi. O, əvvəllər belə bir imkanı olmayan millilərə ən gözəl turnirdə – dünya çempionatında iştirak etmək imkanı verdi. O, daha kiçik ölkələrə bu yarışlarda yer əldə etməyə şərait yaratdı. O, bizim qitəmizə kömək etdi. O, federasiyalarımızın daha sürətlə inkişaf etməsinə yardımçı oldu və biz bunu etiraf etməliyik. Biz onun etdiklərini etiraf etməli, yüksək qiymətləndirməli və indiyə qədər gördüyü bütün işlərdə onu dəstəkləməliyik», – deyə Eto bildirib.

​"FIFA Forward Enterprise" (FFE) – FİFA-nın dəyəri 20 milyard dollar olan kommersiya törəmə şirkətinin yaradılması layihəsi idi. Bu layihə özəl investorlara pay satmaq məqsədilə dünya çempionatlarının sponsorluq, media və bilet hüquqlarının idarə olunmasının həmin şirkətə verilməsini nəzərdə tuturdu.

​İnfantino müvafiq bəyanat dərc edərək bu planlardan rəsmən imtina edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər