Azərbaycan cüdo millisi dünya çempionatından 2 medalla qayıtdı
Operativ Media
Ekvadorun Quayakil şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında iki medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.
Operativ Media xəbər verir ki, cüdoçularımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri, federasiya rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.
Xatırladaq ki, Fərid Rzazadə (-50 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Ayxan Həsənli (-81 kq) isə gümüş medala sahib çıxıb.
Azərbaycan millisi yarışı 1 qızıl və 1 gümüş medalla başa vuraraq 59 ölkə arasında oğlanların mübarizəsində dördüncü, ümumi medal sıralamasında isə beşinci yeri tutub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net