Menyu

"Mançester Siti" Enso Fernandes üçün yenidən hərəkətə keçir

Operativ Media
"Mançester Siti" Enso Fernandes üçün yenidən hərəkətə keçir
1 dəq oxu

İngiltərənin "Mançester Siti" klubu London təmsilçisi "Çelsi"nin yarımmüdafiəçisi Enso Fernandesin transferi üçün növbəti cəhdə hazırlanır.

​Operativ Media xəbər verir ki, tanınmış insayder Fabrizio Romano "şəhərlilər"in 25 yaşlı argentinalı futbolçunu transfer pəncərəsinin bağlanmasınadək rəsmən heyətinə qatmaq niyyətində olduğunu bildirib.

​Məlumata görə, yarımmüdafiəçinin özü də bu keçidə müsbət yanaşır. London klubu isə oyunçunu yalnız qənaətbəxş maliyyə təklifi gələcəyi və heyətə əvəzləyici tapılacağı təqdirdə buraxmağa hazırdır.

​Xatırladaq ki, Enso Fernandes 2023-cü ilin yanvar ayında Portuqaliyanın "Benfika" klubundan 121 milyon avro qarşılığında transfer olunub. O, ötən mövsüm ərzində bütün turnirlərdə 54 matçda meydana çıxaraq 15 dəfə rəqib qapısına yol tapıb və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər