Menyu

Azərbaycan Üzgüçülük Federasiyası yerli kadrların hazırlanması üçün yeni layihəyə başlayıb

Operativ Media
Azərbaycan Üzgüçülük Federasiyası yerli kadrların hazırlanması üçün yeni layihəyə başlayıb

Azərbaycan Üzgüçülük Federasiyası yerli mütəxəssislərin hazırlanması və üzgüçülük təhsilinin inkişafı məqsədilə beynəlxalq ekspert Boro Ştrumbellə əməkdaşlığa başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Təşəbbüs Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, eləcə də Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi proqramının dəstəyi ilə həyata keçirilib.

2019-2024-cü illərdə Sloveniya Üzgüçülük Assosiasiyasına rəhbərlik etmiş təcrübəli mütəxəssisin kurasiyası ilə məşqçilərin və hakimlərin sertifikasiyası ilə lisenziyalaşdırılması, Azərbaycan İdman Akademiyasına qəbul və tədris prosesi, həmçinin "Üzməyi Öyrənək" layihəsi üzrə işlər aparılacaq.

Qeyd edək ki, Boro Ştrumbel Lyublyana Universitetinin idman fakültəsinin dosentidir. O, idman elmi, idman diaqnostikası, suda təhlükəsizlik və məşqçi hazırlığı sahələrində geniş təcrübəyə malikdir. Avropa Su İdmanı Federasiyasının (European Aquatics) "Üzməyi Öyrənək" Komissiyasının sədri və həmsədri kimi fəaliyyət göstərmiş ekspert hazırda qurumun Sosial Məsuliyyət Komissiyasına rəhbərlik edir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər