Menyu

Livakoviç "Barselona" ilə müqavilə imzalayıb

Operativ Media
Livakoviç "Barselona" ilə müqavilə imzalayıb
1 dəq oxu

Xorvatiyalı qapıçı Dominik Livakoviç İspaniyanın "Barselona" klubu ilə rəsmi saziş bağlayıb.

​Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Məlumata görə, transfer məbləği 2 milyon avro sabit ödəniş və əlavə bonuslarla birlikdə ümumilikdə 4 milyon avroya qədər təşkil edəcək.

​Xorvatiya millisinin üzvü Kataloniya təmsilçisinin təklifinə bir neçə gün əvvəl müsbət cavab verib. İyun ayında Vojtex Şçesninin komandanı tərk etməsindən sonra, yəni 2027-ci ilin iyulundan etibarən Liva Joan Qarsiyanın ehtiyat oyunçusu olacaq. Bununla belə, qolkiperin yaxın vaxtlarda icarəyə verilib-verilməyəcəyi ilə bağlı qərar hələlik dəqiqləşdirilir.

Əlaqəli Xəbərlər