Menyu

İsrail FİFA prezidenti İnfantinoya dəstəyini geri çəkdi

Operativ Media
İsrail FİFA prezidenti İnfantinoya dəstəyini geri çəkdi
1 dəq oxu

​İsrail Futbol Assosiasiyasının sədri Şino Moşe Zuares FİFA prezidenti Canni İnfantinoya verilən əvvəlki dəstək məktubunun ləğv olunduğunu rəsmi şəkildə quruma bildirib.

​Operativ Media xəbər verir ki, FİFA rəhbərinin reallaşmayan mübahisəli dünya çempionatı təşəbbüsündən sonra onun mövqeyi zəifləməyə başlayıb və növbəti prezident seçkilərinə bir il qalmış İsrail də bu qərara qoşulub.

​Zuares müraciətində son dövrlərdə baş verən proseslərin qurumlar arasında böyük etimad böhranı yaratdığını vurğulayıb. O qeyd edib ki, UEFA ilə FİFA-nın dünya futbolunun idarə olunması ilə bağlı baxışları arasında yaranan fikir ayrılıqları tərəfləri gələcək addımları yenidən nəzərdən keçirməyə məcbur edir.

Əlaqəli Xəbərlər