Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazandılar
Azərbaycanın yeniyetmə badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Cup Youth International 2026” beynəlxalq turnirində 3 yaş kateqroyiasında mükafatçılar sırasında yer alıb.
Operativ Media xəbər verir ki, Azərbaycan, Türkiyə, İsrail, Qazaxıstan, Gürcüstan və Ermənistanı təmsil edən badmintonçuların iştirak etdiyi beynəlxalq turnirdə Murad Qarayev – Aidə Qurbanova (U11 qarışıq qoşa), Murad Qarayev – Doğan Ayan (Türkiyə) (U11 qoşa oğlanlar), İsmayıl Qarayev – Zülfüqar Kərimli (U13 oğlanlar qoşa), Ömər Mehdi (U15 oğlanlar fərdi) və Yusif Kamalov – Ömər Mehdi (U15 oğlanlar qoşa) qızıl medal qazanıblar.
Murad Qarayev (U11) və Yusif Kamalov (U15) oğlanların, Banu İbrahimli (U15) isə qızların fərdi yarışında gümüş medala layiq görülüb. U15 qarışıq qoşa kateqoriyasında Ömər Mehdi – Ayla Zeynalova tandemi də gümüş medalçılar sırasında yer alıb. Aidə Qurbanova - Melis Demir (Türkiyə) (U11 qoşa qızlar), İsmayıl Qarayev, Zülfüqar Kərimli (U13 oğlanlar fərdi), Dəniz Əhmədli, Lalə İsmayılova (U13 qızlar şəxsi), Zülfüqar Kərimli – Dəniz Əhmədli, İsmayıl Qarayev – Lalə İsmayılova, (U13 qarışıq qoşa) və Dəniz Əhmədli - Lalə İsmayılova (U13 qoşa qızlar) yarışın bürünc medallarına sahib çıxıblar.
dəqiqələr içində saytın olsun.