Menyu

Formula 1 yarışları ilə bağlı viza prosedurları sadələşdirilib – SƏRƏNCAM

Operativ Media
Formula 1 yarışları ilə bağlı viza prosedurları sadələşdirilib – SƏRƏNCAM

2026-cı ildə Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib.

Operativ Media xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb.


Sərəncama əsasən, müvafiq sənədlərdən birini təqdim edən şəxslər **avqustun 25-dən sentyabrın 30-dək** Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcəklər.

Viza verilməsi üçün əsas sayılan sənədlər:

- Formula 1-in beynəlxalq təşkilatçılarının (“Formula One Management Limited” və FIA) akkreditasiya kartı və ya təsdiqedici sənədi;
- Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin akkreditasiya kartı;
- Formula 1 yarışına bilet, elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Sənədlə Xarici İşlər Nazirliyinə beynəlxalq təşkilatları, xarici qurumları və "ASAN Viza" vasitəsilə elektron viza imkanlarını məlumatlandırmaq, Dövlət Miqrasiya Xidmətinə isə aviasiya şirkətlərinə müvafiq bildirişlər göndərmək tapşırılıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər