"Yuventus"un qapıçısı İngiltərə klubuna keçdi
"Bornmut" İtaliyanın "Yuventus" komandasının qapıçısı Mikele Di Qreqorionu heyətinə qatıb.
Operativ Media xəbər verir ki, 29 yaşlı qolkiper mövsümün sonunadək İngiltərə təmsilçisində icarə əsasında çıxış edəcək və yeni komandasında 20 nömrəli forma ilə oynayacaq.
Tanınmış insayder Fabrizio Romano bildirib ki, tərəflər arasında imzalanan müqaviləyə əsasən, London klubunun yayda oyunçunun transfer hüquqlarını 14 milyon avroya satın almaq ixtiyarı var, lakin bu bənd məcburi xarakter daşımır.
Qeyd edək ki, təcrübəli futbolçu ötən mövsüm ərzində bütün yarışlarda 37 matçda meydana çıxıb, qapısından 36 top buraxıb və 17 görüşdə qol vurulmasına imkan verməyib. "Transfermarkt" portalı onun transfer qiymətini 10 milyon avro məbləğində qiymətləndirir.
dəqiqələr içində saytın olsun.