Menyu

"Sabah"ın ÇL-də rəqibləri nə vaxt bəlli olacaq?

Operativ Media
"Sabah"ın ÇL-də rəqibləri nə vaxt bəlli olacaq?
1 dəq oxu

“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində rəqiblərinin müəyyənləşəcəyi vaxt müəyyənləşib.

Operativ Media qol.az-a istinadən xəbər verir ki, yarışın püşkatması avqustun 27-də Monakoda keçiriləcək.

Püşkatma Bakı vaxtı ilə isə saat 20:00-da başlayacaq.

Püşkatma zamanı Liqa mərhələsində iştirak edəcək 36 komandanın rəqibləri müəyyənləşəcək.

“Sabah”ın 8 fərqli rəqibi olacaq. Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək. İlk tur 8-10 sentyabrda olacaq.

Əlaqəli Xəbərlər