Menyu

Coy-Lens Mikels: Təsəvvür edin, “Real Madrid” və ya “Barselona” ilə qarşılaşırıq

Operativ Media
Coy-Lens Mikels: Təsəvvür edin, “Real Madrid” və ya “Barselona” ilə qarşılaşırıq
1 dəq oxu

"Real Madrid" və "Barselona"ya qarşı oynaya bilərik.

Operativ Media xəbər verir ki, bunu “Sabah”ın hücumçusu Coy-Lens Mikels "Anews" kanalına açıqlamasında deyib.

O, Çempionlar Liqasında oynamaq ehtimalı ilə bağlı fikirlərini bölüşüb.

“Bununla bağlı söz tapmaq, həqiqətən də, çətindir. Bu hissi təsvir edə bilmirəm. Çempionlar Liqasında oynamaq... Hələ tam dərk etdiyimi düşünmürəm. Yəqin ki, bir neçə gündən sonra bunun nə qədər möhtəşəm olduğunu anlayacağam.

Təsəvvür edin, “Real Madrid” və ya “Barselona” ilə qarşılaşırıq. Onları burada, Azərbaycanda qəbul edə və ya öz meydanlarında onlara qarşı oynaya bilərik. Görürsünüz, söz tapmaqda çətinlik çəkirəm. Bu, inanılmaz hissdir”.

Əlaqəli Xəbərlər