Menyu

Tellur Mütəllimov: Həqiqətən də tarix yazırıq

Operativ Media
Tellur Mütəllimov: Həqiqətən də tarix yazırıq

“Sabah”ın futbolçusu Tellur Mütəllimov “Hapoel” oyunu sonrası açıqlama verib.

Operativ Media xəbər verir ki, İTV-yə danışan azərbaycanlı oyunçu son dəqiqələrdə vurduğu qoldan və komandanın qələbəsindən danışıb:

“Hisslərimiz çox gözəldir. Həqiqətən, təkcə son qol yox, ondan əvvəl vurulan qollar da vacib idi. Bütün uşaqlar böyük əziyyət çəkdilər, hamı möhtəşəm oynadı. Furşətdən istifadə edib azarkeşlərimizə də müraciət etmək istəyirəm — həqiqətən də möhtəşəm idilər. Onların dəstəyi bizə çox kömək oldu. İnşallah, gələcək oyunlarda da onları gözləyirik. Ümid edirəm ki, daha böyük qələbələr gələcək. Hər şey Allahdandır, çox sevincliyik.

Baxanda görürük ki, həqiqətən də tarix yazırıq. Çempionatda çempion olduq, ölkə kubokunu qazandıq, indi də Çempionlar Liqasında mübarizə aparırıq. Bu, komanda üçün inanılmaz bir tarixdir. Halbuki klubun öz tarixi çox qısadır — 2017-ci ildə yaranıb. Bu qədər qısa müddətdə belə böyük uğurlar və tarixlər yazmaq həqiqətən möhtəşəmdir.”

Mütəllimov oyuna sonradan daxil olub qol vurmasını belə şərh edib:

“Hər şey Allahın qismətidir. Keçən kubok finalında da analoji vəziyyət yaşanmışdı. Mən ehtiyat oyunçular arasında idim, dedilər ki, isinmə hərəkətlərini et və oyuna gir. Bura da elə oldu — kənarda həyəcanla durmuşduq, komanda yoldaşımız zədələndi və məşqçi mənə şans verdi. Mən də bu şansı dəyərləndirdim”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər