Menyu

Azərbaycan boksçuları Avropa çempionatına hazırlıq üçün Gürcüstana yollanıb

Operativ Media
Azərbaycan boksçuları Avropa çempionatına hazırlıq üçün Gürcüstana yollanıb
1 dəq oxu

Kişi boksçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığın son mərhələsi çərçivəsində Gürcüstanın Tsxaltubo şəhərində təlim-məşq toplanışı keçirəcək.

Operativ Media xəbər verir ki, baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komanda hazırlıq prosesinə 17 idmançı ilə başlayıb. Sentyabrın 10-dək davam edəcək toplanışda boksçular Gürcüstan, Belarus və İsrail yığmaları ilə birgə məşqlər keçəcək, həmçinin sınaq döyüşlərində qüvvələrini sınayacaqlar.

Toplanış Bolqarıstanda keçiriləcək Avropa çempionatına hazırlığın son mərhələsi olacaq.

Əlaqəli Xəbərlər