Menyu

"Tottenhem" "Mançester Siti"nin hücumçusunu transfer edir

Operativ Media
"Tottenhem" "Mançester Siti"nin hücumçusunu transfer edir

​"Tottenhem" klubu "Mançester Siti"nin hücumçusu Omar Marmuşun transferi ilə bağlı qarşı tərəflə razılığa gəlib.

​Operativ Media BBC-yə istinadən xəbər verir ki, razılaşmaya əsasən, 27 yaşlı misirli futbolçu mövsümün sonunadək icarəyə götürüləcək və 2027-ci ilin yayında təxminən 70 milyon avro məbləğində ödənişlə yekun alınması məcburi olacaq.

​Xatırladaq ki, hücumçu "Ayntraxt" klubundan "Mançester Siti"yə 2025-ci ilin yanvar ayında qoşulmuşdu. O, "şəhərlilərin" heyətində ümumilikdə 62 qarşılaşmada iştirak edib, rəqib qapılarına 16 dəfə yol tapıb və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

​Marmuşun İngiltərə təmsilçisi ilə qüvvədə olan müqaviləsi 2029-cu il iyunun 30-dək nəzərdə tutulub. "Transfermarkt" portalı Misir millisinin üzvünün bazar dəyərini 50 milyon avro qiymətləndirir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər