Menyu

Azərbaycana idxal olunan "Papa mojet" sosislərində uyğunsuzluq aşkarlanmayıb – AQTA

Nicat Hüseynli
Azərbaycana idxal olunan "Papa mojet" sosislərində uyğunsuzluq aşkarlanmayıb – AQTA

Cari ilin ötən dövrü ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı “Ostankino” Ət Emalı müəssisəsindən idxal olunan ət məhsullarından, o cümlədə sosislərdə hər hansı uyğunsuzluq müəyyən edilməyib.

Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq AQTA-dan bildirilib.

Bunu da oxu: "Papa mojet" sosislərində salmonella aşkarlanıb

Qeyd edilib ki, ət və ət məhsullarının idxalına yalnız həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri təsdiq edilmiş müəssisələr olduğu təqdirdə icazə verilir.

Bu məhsulların idxalına yalnız o halda icazə verilir ki, ixracatçı ölkənin səlahiyyətli orqanı həmin məhsulların baytarlıq sahəsində beynəlxalq normalara uyğun olduğunu təsdiq etsin və bu məhsullara baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyə etdiyi nümunələrə uyğun tərtib edilmiş beynəlxalq baytarlıq sertifikatları təqdim etsin.

Məhsullar idxal olunduqdan sonra onlar üzərində sənəd, eynilik və fiziki nəzarət tədbirləri həyata keçirilir.

Fiziki nəzarət zamanı məhsullar laboratoriya tədqiqatlarına (sınaqlarına), habelə sadə fiziki-kimyəvi analizlərə cəlb olunmaqla təhlükəsizlik göstəriciləri, o cümlədən salmonella, minimum keyfiyyət göstəriciləri və orqanoleptik xüsusiyyətlər baxımından yoxlanılır.

Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ölkəyə idxal olunan və dövriyyədə olan məhsulları daim nəzarətdə saxlayır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər