Nepalda güclü daşqın nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB 2
Nepalda baş verən güclü sel nəticəsində ölənlərin sayının 157-yə yüksəldiyi bildirilir.
Operativ Media xəbər verir ki, təbii fəlakət nəticəsində çox sayda insanın həyatını itirdiyi və ərazidə xilasetmə işlərinin davam etdiyi bildirilib.
19:00
Nepalın Rasuva rayonunda baş verən daşqınlar zamanı ölənlərin sayı 95-ə çatıb.
Operativ Media xəbər verir ki, 403 nəfərin itkin düşüb.
Nepal Turizm İdarəsi itkin düşənlərdən 341 nəfərin xarici vətəndaş olduğunu açıqlayıb.
17:12
Nepalın şimalında baş verən güclü daşqın nəticəsində 31 nəfər həyatını itirib, 93 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Bildirilib ki, 93 nəfər xilas edilib. İlkin məlumata görə, daşqın Nepal-Çin sərhədində qar və qaya uçqunu nəticəsində yaranıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə güclü su axınının binaları, evləri və körpüləri dağıtdığı görünür. Yüzlərlə insanın, o cümlədən əcnəbi turistlərin itkin düşdüyü bildirilir.
Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
dəqiqələr içində saytın olsun.