Menyu

Azərbaycan, Belçika və İspaniya voleybol federasiyaları arasında memorandum imzalandı

Operativ Media
Azərbaycan, Belçika və İspaniya voleybol federasiyaları arasında memorandum imzalandı

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç ölkəmizdə səfərdədir.

Operativ Media AVF-ə istinadən xəbər verir ki, səfər çərçivəsində bu gün CEV rəhbəri R.Sikiriç, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, Belçika Voleybol Federasiyasının prezidenti Guy Juwet, İspaniya Voleybol Federasiyasının prezidenti Pascual Bernandez Felipe arasında görüş keçirilib. GİN-in Voleybol Mərkəzində təşkil olunan tədbirdə AVF-nin vitse-prezidenti Bəhruz Quliyev, baş katibi Faiq Orucov, hər üç federasiyasının əməkdaşları, eləcə də gənclərdən ibarət yığma komandalarımız iştirak ediblər.

Görüşdə AVF ilə Belçika və İspaniya voleybol federasiyaları arasında memorandumlar imzalanıb. Sənədləri federasiyaların prezidentləri imzalayıblar. Bu memorandumlarda klassik və çimərlik voleybolu istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər yer alıb.

Razılaşmaya əsasən Azərbaycanla Belçika və İspaniyanın klassik və çimərlik voleybolu üzrə komandalarının birgə təlim-məşq toplanışlarının təşkili, idmançı və məşqçilərin təcrübə mübadiləsi, müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Tədbirdə çıxış edən CEV rəhbəri imzalanan sənədlərin bu ölkələrin voleybolda qarşılıqlı əməkdaşlığı baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, həmçinin Bakının ev sahibi olduğu qadın voleybolçular arasında Avropa çempionatının (C qrupu) yüksək səviyyədə təşkil olunduğunu deyib. R.Skiriç bu qrupda qarşılaşmaların da maraqlı mübarizədə keçdiyini vurğulayıb, həmçinin ev sahibi Azərbaycanın çıxışını yüksək qiymətləndirib.

Görüş zamanı Azərbaycanda uşaq voleyboluna həsr olunmuş videoçarxda nümayiş etdirilib. Mövzu ilə bağlı danışan Ş.Bağırov ölkəmizdə uşaq və yeniyetmə voleybolçuların yetişdirilməsi, eləcə də bu idman növünün populyarlığının artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Belçika Voleybol Federasiyasının prezidenti Guy Juwet və İspaniya Voleybol Federasiyasının prezidenti Pascual Bernandez Felipe çıxış edərək memorandumların əhəmiyyətindən danışıblar. Həmçinin Azərbaycanda keçirilən qitə birinciliyində təşkilatçılıq məsələlərini yüksək qiymətləndiriblər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər