Əliyar Ağayev Mahir Emrelinin komandasının oyununa təyinat aldı
Operativ Media
FIFA hakimi Əliyar Ağayev növbəti təyinat alıb.
Operativ Media xəbər verir ki, o, UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Rakuv” (Polşa) – “Hayduk Split” (Xorvatiya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. İngiltərəli Piter Benks VAR, digər referimiz İnqilab Məmmədov isə VAR köməkçisi kimi fəaliyyət göstərəcək.
Görüş avqustun 27-si Çenstoxova şəhərində yerləşən “Rakuv” stadionunda keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net