Rafael Leao karyerasını "Qalatasaray"da davam etdirə bilər
"Milan" klubunun hücumçusu Rafael Leaonun "Qalatasaray"a transferi ilə bağlı şifahi razılıq əldə olunub.
Operativ Media xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Mənbə bildirib ki, 27 yaşlı portuqaliyalı futbolçunun transfer qiyməti bonuslar daxil olmaqla 45 milyon avro təşkil edəcək və tərəflər avqustun 27-də detalları müzakirə etməyi davam etdirəcəklər.
Lakin yekun qərar oyunçunun özündən asılıdır. O, Türkiyə təmsilçisinin təklifini qəbul etməli və ya futbolçunu məcburi satın alma bəndi ilə icarəyə götürmək istəyən "Aston Villa"nın sorğusunu nəzərdən keçirməlidir.
Qeyd edək ki, 2019-cu ilin yayından "Milan"da çıxış edən hücumçu bu müddət ərzində 291 matçda 80 qol və 65 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2025/26 mövsümündə bütün turnirlərdə keçirdiyi 31 qarşılaşmada 10 dəfə fərqlənib, 3 məhsuldar ötürmə verib. İtaliya klubu ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədə olan portuqaliyalı forvardın "Transfermarkt"dəki bazar dəyəri 50 milyon avro qiymətləndirilir.
dəqiqələr içində saytın olsun.