Stolüstü tennisçilər Fransaya yollanıblar
Operativ Media
Stolüstü tennisçilər yeni sınaq qarşısındadırlar.
Operativ Media xəbər verir ki, 13 yaşadək idmançılardan ibarət komanda Fransada keçiriləcək mötəbər yarışda ölkəmizi təmsil edəcək. Əliəkbər Mirzəliyev, Cəfər Almədədli, Camal Kərim, Mehin Mirzəbalayeva, Yasəmən Həbibova, Gülnur Kərimli və Səidə Qulizadə seçmə komandanın məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə avqustun 28-də Şiltinheym şəhərində start götürəcək "Euro Mini Champs" turnirində bacarığını göstərəcək. Kiçik Avropa çempionatı adlandırılan və sayca 20-ci olan yarışa avqustun 31-də yekun vurulacaq.
Qeyd edək ki, tanınmış stolüstü tennisçi Onur Quluzadə 2024-cü ildə bu yarışın bürünc medalını qazanmışdı.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net