"Beşiktaş" niderlandlı hücumçu ilə gücləndi
Operativ Media
Türkiyənin "Beşiktaş" klubu Almaniyanın "Bayer 04" komandasının forvardı Ernest Pokunu icarəyə götürüb.
Operativ Media İstanbul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Anlaşmada müəyyən şərtlərlə futbolçunun transfer hüquqlarının sonradan satın alınması öhdəliyi yer alıb.
22 yaşlı niderlandlı hücumçu 2025-ci ilin avqustundan "Bayer 04"də forma geyinir və Leverkuzen təmsilçisi ilə müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir. O, 2025/2026 mövsümündə 49 matçda meydana çıxaraq 6 qol vurub və 10 məhsuldar ötürmə edib.
Oyunçu daha əvvəl yetirməsi olduğu AZ komandasında çıxış edib. "Transfermarkt" portalı onun dəyərini 25 milyon avro qiymətləndirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net