Menyu

Azərbaycanın yeniyetmə boksçuları Türkiyədə təlim-məşq toplanışı keçəcək

Operativ Media
Azərbaycanın yeniyetmə boksçuları Türkiyədə təlim-məşq toplanışı keçəcək
1 dəq oxu

Yeniyetmə oğlan boksçulardan ibarət Azərbaycan millisi Türkiyəyə yollanıb.

Operativ Media ABF-ə istinadən xəbər verir ki, komandamız Rizə şəhərində təlim-məşq toplanışı keçəcək. Məşqçilər korpusu U-17 Avropa çempionatı öncəsi son hazırlıq mərhələsində 13 boksçunu yoxlayacaq.

Azərbaycan, Türkiyə və Gürcüstan yığmalarının qatılacağı beynəlxalq təlim-məşq toplanışı sentyabrın 7-də yekunlaşacaq. Toplanış çərçivəsində sınaq döyüşlərinin keçirilməsi də planlaşdırılır.

Əlaqəli Xəbərlər