Menyu

Kadi Borqes: Daha güclü dönmək lazımdır

Operativ Media
Kadi Borqes: Daha güclü dönmək lazımdır

“Bu futboldur. Yəni belə hadisələr olur. Bəzən elə oyunlar olur ki, əlindən gələni eləyirsən. Amma heç bir şey alınmır. Düşünürəm ki, bu oyun da həmin həmin oyunlardan idi. Sadəcə başımızı dik tutmalıyıq”.

Operativ Media-nın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Kadi Borges “Tvente” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Futbol heç vaxt dayanmır. Yəni irəli getmək lazımdır. Çünki uzun illər biz də yəni Avropada qələbələr qazanmışıq. Həm Çempionlar Liqası olsun və digər turnirlər olsun. Amma bəzən yəni futbolun belə işləri var. Sadəcə həvəsdən düşmək lazım deyil. Daha güclü dönmək lazımdır.

Artıq bir növ ənənə halını almışdı “Qarabağ”ın avrokluboklarının əsas mərhələsində çıxış etməsi. Bu, futbolçuların üzərində təzyiq yaratmışdı oyundan əvvəl. Ümumiyyətlə təzyiq həmişə var. Qələbə qazanmaq təzyiqi olmalıdır. Biz təcrübəli futbolçularıq. Bütün vəziyyəti kontrolda saxlamalıyıq”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər