Menyu

"Böyük Dəbilqə": Azərbaycan cüdoçuları üçün start uğursuz oldu

Operativ Media
"Böyük Dəbilqə": Azərbaycan cüdoçuları üçün start uğursuz oldu
1 dəq oxu

İsveçrənin Lozanna şəhərində keçirilən "Böyük Dəbilqə" turniri davam edir.

Operativ Media xəbər verir ki, ilk yarış gününü Azərbaycan cüdoçuları medalsız başa vurublar. Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Əhməd Yusifov (60 kq), Turan Bayramov və Ruslan Paşayev (hər ikisi 66 kq) mükafat qazanmaq şansını itiriblər.

Xatırladaq ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur. "Böyük Dəbilqə" avqustun 30-da başa çatacaq.

Əlaqəli Xəbərlər