Menyu

"İmişli" anqolalı futbolçu transfer etdi

Operativ Media
"İmişli" anqolalı futbolçu transfer etdi
1 dəq oxu

“İmişli” PFK yay transfer dövründə daha bir futbolçunu heyətinə qatıb.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Francisco Morais (Deco) ilə güclənib. Futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

Deco karyerası ərzində Anqolanın “Petro Luanda U19”, eləcə də Portuqaliyanın “Casterense” və “Alverca B” komandalarının formasını geyinib. Futbolçu son olaraq “Alverca B” klubunda çıxış edib.

Əlaqəli Xəbərlər