Menyu

“Qalatasaray” Rafael Leao ilə bağlı danışıqlara başlayıb

Operativ Media
“Qalatasaray” Rafael Leao ilə bağlı danışıqlara başlayıb
1 dəq oxu

“Qalatasaray” “Milan”ın futbolçusu Rafael Leao ilə bağlı rəsmi danışıqlara başlayıb.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, Super Liqa təmsilçisi portuqaliyalı vingerin transferi ilə bağlı A Seriyası klubu ilə görüşlərə start verib.

Bildirilib ki, 27 yaşlı futbolçu tibbi müayinədən keçmək və rəsmi müqavilə imzalamaq üçün bu gün İstanbula gedəcək.

“Qalatasaray” Leaonun transferi üçün “Milan”a 38 milyon avro ödəyəcək. Razılaşmaya əsasən, daha 5 milyon avro bonus nəzərdə tutulub.

Əlaqəli Xəbərlər