Menyu

Şimali Kiprdə sərnişin gəmisi batıb, 8 nəfər ölüb - YENİLƏNİB 2

Əsəd Abbaslı
Şimali Kiprdə sərnişin gəmisi batıb, 8 nəfər ölüb - YENİLƏNİB 2

Şimali Kiprin Girnə sahillərində qəzaya uğrayan gəminin 19 sərnişinin axtarışları davam edir.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "X" sosial şəbəkə hesabında bildirib.

"240 nəfər xilas edilib, 8 nəfər ölüb və 19 sərnişin üçün axtarış-xilasetmə işləri davam etdirilir", - nazir qeyd edib.

Onun sözlərinə görə, Sahil Mühafizə Komandanlığı tərəfindən bölgədə 5 üzən vasitə və 2 helikopter ilə axtarış-xilasetmə işləri həyata keçirilir.

17:49

Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə əməliyyatı davam edir.

Operativ Media xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel indiyə qədər 237 nəfərin xilas edildiyini, 7 nəfərin öldüyünü açıqlayıb.

Qeyd edilib ki, 23 nəfərin axtarışı davam edir.

16:29

Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə əməliyyatı davam edir.

Operativ Media xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel indiyə qədər 172 nəfərin xilas edildiyini, 6 nəfərin öldüyünü açıqlayıb.

Məlumata görə, iki ardıcıl dalğa zərbəsindən sonra gəmiyə su dolmağa başlayıb.

Bildirilib ki, gəmi öncə yan tərəfə yatıb, daha sonra isə tərsinə çevrilib.

15:00

Şimali Kiprin Girnə şəhəri yaxınlığında 260 nəfəri daşıyan sərnişin gəmisi batıb.

Operativ Media xəbər verir ki, gəmi sahildən təxminən 4 mil (təxminən 6.44 kilometr) aralıda batıb.

Hazırda xilasetmə qrupları tərəfindən axtarış-xilasetmə işləri aparılır.

Hadisənin səbəbi və sərnişinlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər