14 Aprel 2023, 11:00
ƏƏSMN: Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə 1926 nəfər işlə təmin edilib
ƏƏSMN: Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə 1926 nəfər işlə təmin edilib şəkil
ƏƏSMN: Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə 1926 nəfər işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə son 3 ayda daha 723 şəxsə iş yerlərinə göndəriş verilib.

ƏƏSMN-dən "Operativ Media"ya verilən xəbərə görə, həmin şəxslərin bir il ərzində əmək haqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdiriləcək. Bu da qeyd olunan işçilərin məşğulluğunun təminatına şərait yaratmaqla, müvafiq işəgötürənlərə də dəstək məqsədi daşıyır.

2020-ci ilin son aylarında icrasına başlanan proqram üzrə ötən dövrdə 636, o cümlədən bu il 151 işəgötürənlə əməkdaşlığa başlanıb və müqavilələr imzalanıb. Həmin müqavilələr əsasında artıq 1926 nəfər işlə təmin edilib.


Bu istiqamətdə tədbirlər davam etdirilir.

Son xəbərlər
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək
"Əl-Hilal" Osimhenə illik 50 milyon avro təklif edib
İsraildə raket zərbələrindən zədələnən 22 bina dərhal söküləcək
İranın İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 16-ya çatıb
Klublararası DÇ: PSJ qalib gəldi, "Portu" heç-heçə etdi
İran İsrailin silah zavodunu vurub