Menyu

İran valyutası kəskin ucuzlaşıb

Operativ Media
İran valyutası kəskin ucuzlaşıb
1 dəq oxu

İranda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə - 225 min tümənə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Digər əsas valyutalarda da bahalaşma qeydə alınıb.

Hazırda İranda avronun məzənnəsi 261 min 440 tümənə, funt-sterlinq 305 min 760 tümənə, dirhəm isə 61 min 760 tümənə çatıb.

Qiymət artımı ölkənin sikkə bazarına da təsir edib və “İmami” sikkəsinin qiyməti 237 milyon tümənə yüksəlib.

Əlaqəli Xəbərlər