Menyu

Gürcüstan 1,5 milyon dollarlıq dələduzluqda təqsirləndirilən şəxsi Qazaxıstana təhvil verib

Operativ Media
Gürcüstan 1,5 milyon dollarlıq dələduzluqda təqsirləndirilən şəxsi Qazaxıstana təhvil verib
1 dəq oxu

Gürcüstandan Qazaxıstana iri miqyaslı fırıldaqçılıqda təqsirləndirilən şəxs ekstradisiya olunub.

Operativ Media Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin şəxs 2023-cü ilin sonlarında Almatı şəhərində kommersiya təyinatlı daşınmaz əmlak satışı adı altında saxtakarlıq edərək alıcının 1,5 milyon dollarını mənimsəyib.

Cinayət əməlini törətdikdən dərhal sonra o, ölkə ərazisini tərk edib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayında şübhəli şəxsin yeri Gürcüstanda müəyyən edilərək saxlanılıb.

Qazaxıstana gətirilən təqsirləndirilən şəxsi 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Əlaqəli Xəbərlər