Menyu

Qırğızıstanda uşaqların ikili soyad daşımasına icazə verilməsi təklif olunur

Operativ Media
Qırğızıstanda uşaqların ikili soyad daşımasına icazə verilməsi təklif olunur
1 dəq oxu

Qırğızıstanda valideynlərin uşaqlarına ikili soyad verməsinə icazə verən qanun layihəsi baxılmaq üçün Joqorku Keneşə təqdim edilib.

Operativ Media xəbər verir ki, bu barədə "24.kg" məlumat yayıb.

Bildirilib ki, bu soyad yalnız hər iki valideynin qarşılıqlı razılığı ilə verilə bilər. 

Dəyişikliklərin zəruriliyi vətəndaşların müraciətləri ilə əsaslandırılır. Xüsusilə, müxtəlif soyadları olan valideynlər uşaqlarına hər ikisinin soyadından ibarət soyad verilməsinə icazə istəsələr də, mövcud qadağaya görə bundan imtina edilib.

Qanun layihəsi həm də “uulu”, “kızı”, “tegin” sözlərindən istifadə olunan mövcud qırğız adlandırma formaları və əcdadların yeddinci nəslə qədər göstərilməsi imkanı qorunur.

Əlaqəli Xəbərlər