Muxtar Babayev: İqlim dəyişiklikləri kənd təsərrüfatına təzyiqi artırır
İqlim dəyişiklikləri kənd təsərrüfatının məhsuldarlığına ciddi təzyiq göstərir.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” tədbirində bildirib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi 1961-ci ildən bəri qlobal kənd təsərrüfatı məhsuldarlığının artımını təxminən 21 faiz azaldıb.
Babayev qeyd edib ki, kənd təsərrüfatı getdikcə daha çox istilər, quraqlıq, daşqınlar, dəyişən yağıntılar və su qıtlığı ilə üzləşir.
O bildirib ki, Azərbaycanda da uzunmüddətli quraq dövrlər, isti dalğaları və güclü leysan yağışları daha çox müşahidə olunur. 2024-cü ildə ən uzun isti dalğası Şəkidə 40 gün, Bakıda isə 17 gün davam edib.
Muxtar Babayev əlavə edib ki, 2015-ci ildə 15 qəfil daşqın hadisəsi qeydə alındığı halda, bu rəqəm 2020-ci ildə 36, 2024-cü ildə isə 33 olub.
dəqiqələr içində saytın olsun.