Menyu

İçərişəhər–Həzi Aslanov istiqamətində qatarların hərəkəti bərpa olunacaq

Operativ Media
İçərişəhər–Həzi Aslanov istiqamətində qatarların hərəkəti bərpa olunacaq
1 dəq oxu

2024-cü ilin noyabrından başlayan əsaslı təmir işləri dövründə qatarlar Həzi Aslanov–Əhmədli stansiyaları arasında məkik hərəkət edirdisə, elan ediləcək tarixdən etibarən Həzi Aslanov stansiyasından ümumi xətt üzrə intervallarla hərəkət edəcək.

Operativ Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bəxtiyar Məmmədli deyib.

O bildirib ki, dalan infrastrukturunda əsas yenilik 6 vaqonlu qatarların qəbulunu təmin etmək üçün hər yol 20 metr uzadılıb.

Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalanında dayanıqlılığın artırılması layihəsi 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilib.

Əlaqəli Xəbərlər