http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Sahil Babayev Kürdəmir rayonunda vətəndaşları qəbul edib

14 Aprel 2023 , 15:56
Sahil Babayev Kürdəmir rayonunda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Kürdəmir rayonunda Kürdəmir və Hacıqabul rayonlarının sakinlərini qəbul edib.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, qəbuldan əvvəl Sahil Babayev və Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov  Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşların pensiya və müavinət, digər sosial təminat növlərinə hüququn müəyyən olunması, mənzil və avtomobillə  təminat, əlillik və reabilitasiya, aktiv məşğulluq proqramlarına cəlb olunma məsələlərinə dair müraciətləri dinlənilib. Müraciət edənlər arasında şəhid ailəsi üzvü və müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb.  Müraciətlərinə uyğun olaraq müvafiq mövzularda izahatlar verilməklə, vətəndaşlar sosial müdafiə və aktiv məşğulluq  proqramlarına, o cümlədən özünüməşğulluq, ictimai işlər proqramlarına, reabilitasiya və sosial xidmətlərə cəlb edilmələri üçün qeydiyyata alınıblar.

OXŞAR XƏBƏRLƏR
Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu