15 Aprel 2023, 11:57
Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib
Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib şəkil
Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq yaz mövsümü, həmçinin ayın sonunda Bakıda “Formula-1” Azərbaycan Qran Prinsinin keçirilməsi və paytaxta dünyanın müxtəlif ölkələrindən çoxsaylı qonaqların gəlməsi ilə əlaqədar aprelin 15-də Bakı şəhərində təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməciliyi keçirilib.

Bu barədə  "Operativ Media"ya BŞİH-in Mətbuat xidmətindən məlumat verilib.

Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməcilik şəhərin bütün rayonlarını əhatə edib. İməcilik zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının, bordyurların və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.

İməcilikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların dibi yumşaldılıb, həmişəyaşıl ağaclar yuyularaq üzərlərindəki torpaq və tozdan təmizlənib. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilməsi, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi işləri davam etdirilib.
Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

İməcilik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib.

Son xəbərlər
Daşınmaz əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşir
DİN: Qadın adları ilə profillər yaradıb vətəndaşların pullarını talayan şəxs saxlanılıb
İsrailin İrana endirdiyi zərbə nəticəsində 6 nüvə alimi öldürülüb
"İnter"ə Hakan Çalhanoğlunun transferi üçün heç bir təklif gəlməyib
BMT Qəzzada dərhal atəşkəs tələb edən qətnaməni təsdiqləyib
Azərbaycan nefti bahalaşıb
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Voleybol üzrə Azərbaycan millisi Rumıniya və Xorvatiya ilə qarşılaşacaq