Livan BMT sülhməramlı missiyasının uzadılmasını istəyir
Livan BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) ölkənin cənubunda fəaliyyət müddətinin 31 dekabr 2026-cı ildən sonra da uzadılmasını istəyib.
Operativ Media xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Livan BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda missiyanın 2026-cı ildə başa çatdırılmasını vaxtından əvvəl hesab edib və fəaliyyətin “məhdud müddətə” uzadılmasını xahiş edib.
Mənbələrin məlumatına görə, Fransa və BMT Təhlükəsizlik Şurasının digər üzvlərinin böyük hissəsi Livanın müraciətini dəstəkləyib. Hazırda UNIFIL-in tərkibində 7 mindən çox hərbçi var. Missiya 1978-ci ildə yaradılıb və onun hazırkı fəaliyyət müddəti 2025-ci ildə qəbul edilmiş qətnamə ilə müəyyənləşdirilib.
BMT-nin baş katibi Antonio Quterreş daha əvvəl İsrail hakimiyyətini Livanın cənubunda hərbi əməliyyatı dayandırmağa çağırıb. O, döyüşlər nəticəsində mülki əhali arasında itkilərin artdığını bildirib.
İsrailin müdafiə naziri İsrael Katz isə sentyabrın 4-də açıqlamasında İsrail qoşunlarının Livandan “Hizbullah” hərəkatının silahlı birləşmələri tərksilah edilənədək çıxmayacağını deyib.
Katz həmçinin İsrail hərbçilərinin Əli-ət-Tahir silsiləsindəki yüksəkliklərə nəzarəti ələ keçirməsinə münasibət bildirib və bu əməliyyatı “Hizbullah”ın tərksilah edilməsində mühüm addım adlandırıb.
dəqiqələr içində saytın olsun.