Menyu

Messi MLS-də bombardirlər yarışında liderliyə yüksəlib

Operativ Media
Messi MLS-də bombardirlər yarışında liderliyə yüksəlib

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in müntəzəm çempionatında “Neşvill”ə qarşı keçirilən oyunda (2:2) fərqlənib.

Operativ Media xəbər verir ki, 39 yaşlı argentinalı futbolçu bu qolla cari mövsümdə vurduğu qolların sayını 19-a, peşəkar karyerasındakı ümumi qol sayını isə 928-ə çatdırıb.

Messi bu nəticə ilə MLS-in bombardirlər siyahısında vahid lider olub. O, 18 qolla ikinci pillədə qərarlaşan “Dallas”ın futbolçusu Petar Musanı geridə qoyub.

Argentinalı hücumçunun MLS-də məhsuldar seriyası 7 oyuna çatıb. Bu müddətdə Messi 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər