Menyu

Azərbaycan Ukraynaya 1,5 milyon dollarlıq enerji avadanlığı göndərib

Operativ Media
Azərbaycan Ukraynaya 1,5 milyon dollarlıq enerji avadanlığı göndərib
1 dəq oxu

Azərbaycandan Ukraynaya humanitar yardım çərçivəsində 1,5 milyon ABŞ dolları dəyərində enerji avadanlığı göndərilib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev sosial media hesabında paylaşım edib.

"Yardım çərçivəsində 9 transformator, 186 kilometr kabel və 12 kilovoltluq paylayıcı qurğular Ukraynanın Energetika Nazirliyinə təhvil verilib. Avadanlıqları Azərbaycanın Ukraynadakı səfirliyi təhvil verib", - o vurğulayıb.

Əlaqəli Xəbərlər