Menyu

İstanbuldan Bakıya gələn Azərbaycan vətəndaşında 17 kq qızıl aşkar edilib

İstanbuldan Bakıya gələn Azərbaycan vətəndaşında 17 kq qızıl aşkar edilib
1 dəq oxu

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə baxış keçirib.

Komitədən  "Operativ Media"ya verilən xəbərə görə, baxış zamanı əl yüklərindən 6 qutuda qablaşdırılmış, ümumilikdə təqribi çəkisi 17 kq təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər