Menyu

“Liverpul” “Bornmut”un braziliyalı hücumçusu ilə maraqlanır

Operativ Media
“Liverpul” “Bornmut”un braziliyalı hücumçusu ilə maraqlanır

“Liverpul” 2027-ci ilin yayında “Bornmut”un braziliyalı hücumçusu Rayanu heyətinə qatmaqda maraqlıdır.

Operativ Media xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Məlumata görə, 20 yaşlı futbolçunun müqaviləsində təxminən 153 milyon avro məbləğində sərbəstqalma maddəsi yer alıb. Bu şərt 2027-ci ildən qüvvəyə minəcək.

Rayana ötən yay “Vitality” stadionuna keçdikdən sonra İngiltərə Premyer Liqasının bir sıra klublarının diqqətini cəlb edib. Hazırda braziliyalı futbolçu “Liverpul”un da diqqət mərkəzindədir.

Hücumçu 2025/26 mövsümündə 15 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Bornmut”la müqaviləsi 30 iyun 2031-ci ilədək qüvvədədir.

“Transfermarkt” isə Braziliya millisinin üzvünün transfer qiymətini 60 milyon avro dəyərləndirir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər