http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qəbələdə yanacaq daşıyan avtomobil körpüdən aşıb, sürücü ölüb - YENİLƏNİB

15 Aprel 2023 , 17:01
Qəbələdə yanacaq daşıyan avtomobil körpüdən aşıb, sürücü ölüb - YENİLƏNİB

Bu gün saat 11:30 radələrində 1960-cı il təvəllüdlü Məhərrəm Quliyev idarə etdiyi “Mercedes” markalı yanacaq daşıyan yük avtomobili ilə Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi əvvəlcə yolun kənarındakı iki minik avtomobilinə dəyib, daha sonra isə körpüdən aşıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə yerinə dərhal polis və FHN-in əməkdaşları cəlb olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb.  Avtomobildə sıxılı vəziyyətdə qalan M.Quliyevin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

 

***
 

16:21

Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verməsi nəticəsində yanacaq daşıyan avtomobil körpüdən aşıb.

Fövqəladə Hallar Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, nazirliyin qüvvələri tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə etməklə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünün meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülür.

OXŞAR XƏBƏRLƏR
Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu