Menyu

Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının rəsmisini qəbul edib

Nicat Hüseynli
Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının rəsmisini qəbul edib

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbər müavini Fərhat Pirinççi və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə "AA" məlumat yayıb.

Görüşdə Türkiyə-Azərbaycan münasibətləri çərçivəsində kommunikasiya, media və ictimai diplomatiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər strateji kommunikasiya, dezinformasiya ilə mübarizə, ictimai diplomatiya və iki ölkənin beynəlxalq ictimaiyyətə yönəlik kommunikasiya imkanlarının gücləndirilməsini nəzərdən keçiriblər.

Görüşdə regional proseslər, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunmasında strateji kommunikasiyanın rolu da müzakirə edilib.

Həmçinin iki ölkənin aidiyyəti qurumları arasında təmasların və birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər