"Azərkimya" "Azerfloat"a hidrogen qazı satacaq
Əsəd Abbaslı
Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən "Azerfloat" müəssisəsinə hidrogen qazının boru xətləri vasitəsilə nəqli və satışı nəzərdə tutulur.
Operativ Media xəbər verir ki, bu sözləri SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin əməliyyatlar üzrə meneceri İlqar Qurbanov "20 Sentyabr - Neftçilər Günü" çərçivəsində SOCAR-ın Etilen-Polietilen zavoduna media-tur zamanı deyib.
Onun sözlərinə görə, layihə hazırlanıb və Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiqdən keçib:
“Hazırda hidrogenin nəql olunacağı boru xətlərinin çəkilişinə başlanılır. Hidrogenin "Azerfloat"a satılması "Azərkimya" üçün əlavə gəlir yaradacaq və şüşə istehsalının artırılmasına imkan verəcək".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net