Menyu

Azərbaycan “InnoTrans 2026” sərgisində dəmiryol sənayesinin inkişafı barədə müzakirələrdə iştirak edib

Şəfa Hüseynli
Azərbaycan “InnoTrans 2026” sərgisində dəmiryol sənayesinin inkişafı barədə müzakirələrdə iştirak edib

Almaniya Federativ Respublikasında səfərdə olan Azərbaycan Dəmir Yollarının (ADY) rəhbərliyi “InnoTrans” beynəlxalq nəqliyyat texnologiyaları sərgisini ziyarət edib.

Bu barədə Operativ Media-ya ADY-dən məlumat verilib.

Sərgi çərçivəsində ADY rəhbərliyi bir sıra aparıcı nəqliyyat şirkətləri, o cümlədən Almaniyanın iri dəmir yolu operatoru və nəqliyyat şirkəti “Deutsche Bahn” və Türkiyə Dövlət Dəmir Yollarının nümayəndələri ilə görüşlər keçirib və əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparıb.

Eyni zamanda, sərgidə iştirak edən “Siemens”, “Hitachi” və “Tesmec” kimi tanınmış texnologiya şirkətləri ilə dəmir yolu sənayesində süni intellektin inteqrasiyası, rəqəmsal dispetçer mərkəzlərinin yaradılması, yeni rəqəmsal həllərin tətbiqi və digər innovativ yanaşmalar üzrə təcrübələrin öyrənilməsi barədə fikir mübadiləsi aparılıb.

ADY nümayəndə heyəti həmçinin “InnoTrans 2026” sərgisi çərçivəsində keçirilən “Rail Leaders Summit” (Dəmiryol Rəhbərlərinin Görüşü) tədbirində dəmiryol sənayesinin inkişafı və əməkdaşlıq imkanları barədə müzakirələrdə iştirak edib.

“Qlobal miqyasda mobillik – layihələrin və inkişaf imkanlarının formalaşdırılması” mövzusunda keçirilən “InnoTrans 2026” sərgisində nəqliyyat sektorunda yaşıl texnologiyaların tətbiqi, hibrid lokomotivlər və enerji istehlakı cəhətdən səmərəli dəmir yolu əməliyyatları kimi məsələlərə diqqət çəkilir.

İki ildən bir təşkil olunan, 100 mindən çox iştirakçısı olan “InnoTrans” ictimai nəqliyyat, o cümlədən dəmiryol nəqliyyatı vasitələri və texnikalarının nümayiş etdirildiyi ən böyük beynəlxalq sərgilərdən biridir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər