Menyu

Göyçayda 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Operativ Media
Göyçayda 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Tədbirlərlə əvvəllər də dəfələrlə məhkum olunmuş A.Abdullayev və E.Məmmədov saxlanılıblar. Onlardan 3 kiloqram 500 qram müxtəlif növ narkotik vasitə aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər