Menyu

“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb

Şəfa Hüseynli
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Culfa” tankerinin əsaslı təmiri başa çatıb.

Bu barədə Operativ Media-ya ASCO-dan məlumat verilib.

Bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Təmir zamanı tankerin sualtı və suüstü hissələri abraziv qumla təmizləndikdən sonra üçqat rənglənib. Gəminin baş göyərtəsində və mexanizmlərində də rənglənmə işləri aparılıb.

Baş mühərrik, soyuducular, nasoslar və digər mexanizmlərlə yanaşı, gəminin köməkçi buxar qazanı da təmir olunub. Həmçinin tankerdə gövdə-qaynaq, elektrik quraşdırma, boru quraşdırma, avtomatika işləri görülüb.

Bundan başqa, gəmidə dənizçilərin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib.

Sınaq üzüşündən uğurla çıxan tanker yenidən istismara qaytarılıb.

“Culfa” gəmisinin uzunluğu 149,9 metr, eni 17,3 metr, suya oturumu isə 7,14 metr, dedveyti 13 470 tondur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər