Rieltorların təklif etdiyi “paket kupça” nədir? - VİDEO
Daşınmaz əmlak bazarında tez-tez işlənən “paket çıxarış (kupça)” ifadəsi ayrıca bir rəsmi sənəd növü deyil və bəzən rieltorlar çıxarışı olmayan mənzilləri də bu ad altında satmağa çalışırlar.
Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, alıcılar yalnız bu ifadəyə aldanmamalı, mənzilin çıxarışının, torpaq sənədlərinin və tikilinin hüquqi statusunun rəsmi şəkildə qaydasında olduğunu yoxlamalıdırlar.
Alıcıların bu cür əmlaklara marağı qiymətin münasib olması və tərəflərin daxili anlaşması ilə bağlıdır. Lakin sənədləri tam olan evlər bank krediti ilə alqı-satqı imkanı yaradır, gələcəkdə təkrar satışı asanlaşdırır və hüquqi təhlükəsizliyi təmin edir.
Bununla belə, çıxarışın olması da bütün riskləri sıfırlamır; çünki əmlakın üzərində məhkəmə həbsi, girov və ya mülkiyyətçi mübahisəsi ola bilər. Ev almaq böyük maliyyə qərarı olduğundan, alıcılar yalnız tam və məhkəmə-notariat baxımından problemsiz sənədlərə malik mənzillərə üstünlük verməlidirlər.
Ətraflı sujetdə:
dəqiqələr içində saytın olsun.