Menyu

Nərimanov, Nəsimi və Abşeronda silsilə oğurluqlar edən şəxslər tutulub

Operativ Media
Nərimanov, Nəsimi və Abşeronda silsilə oğurluqlar edən şəxslər tutulub

Paytaxtın Nərimanov rayonunda evlərdən məişət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Z.Abbasov müəyyən edilərək saxlanılıb.

DİN Mətbuat Xidmətindən Operativ Media-ya verilən məlumata görə, araşdırmalarla məlum olub ki, o, oğurluq etdiyi evlərin qapısının açıq olmasından istifadə edərək qeyd edilən əməli törədib.

Abşeron rayonunda isə gözəllik salonu və marketdən 1169 manat, mobil telefon və digər məhsullar oğurlanıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Nadirov və A.Quliyev müəyyən edilərək saxlanılıb.

Nəsimi rayonunda da mağazalardan 1239 manat oğurlamaqda şübhəli bilinən D.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam edir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər