Menyu

Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub

Operativ Media
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub

Sentyabrın 23-də Bakıda Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində “BCC F1 Weekend Run” qaçışı keçirilib.

Bakı Şəhər Halqasından Operativ Media-ya verilən məlumata görə, tədbirdə təxminən 250 iştirakçı Formula 1 trekinin 6 kilometrlik tam dövrəsini qət edib.

Qaçışda gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Saat 22:00-da başlayan qaçış zamanı iştirakçılar Formula 1 bolidlərinin hərəkət etdiyi istiqamətdə trekin tam dövrəsini qət ediblər.

“BCC F1 Weekend Run” sağlam həyat tərzinin təşviqi, komanda ruhunun gücləndirilməsi və yarış həftəsi ərəfəsində birlik ab-havasının yaradılması məqsədilə təşkil olunub. Tədbirdə əsas məqsəd sürət və nəticə deyil, iştirak, qarşılıqlı dəstək və idmana olan sevgi olub.

Qaçış Qran-pri həftəsinin tədbirlərindən biri olaraq iştirakçılara Bakı Şəhər Halqasını fərqli şəkildə kəşf etmək imkanı yaradıb. Onlar adətən tribunadan izlədikləri trekə bu dəfə birbaşa çıxaraq Formula 1 ab-havasını yaxından hiss ediblər.

Qeyd edək ki, bu gün start götürən Formula 1 Azərbaycan Qran-prisi sentyabrın 26-dək davam edəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər